525.Az

Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat


 

Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat<b style="color:red"></b>

Türkiyənin paytaxtı Ankarada "FETÖ" terror təşkilatına qarşı polis növbəti əməliyyat keçirib.

Trend-in məlumatına görə, 76 müxtəlif ünvanda keçirilmiş əməliyyat nəticəsində 112 nəfər saxlanılıb.

Qeyd olunur ki, saxlanılan şəxslər 2010-cu ildə Polis Akademiyasına qəbul imtahanlarının nəticələrinin Gülən hərəkatı tərəfdarlarının xeyrinə saxtalaşdırılmasında ittiham olunur.

Saxlanılanlar arasında Akademiyada yüksək vəzifədə işləyənlər də var.

 





13.02.2019    çap et  çap et