525.Az

Azərbaycan ədəbiyyatında Belarus üfüqləri


 

Azərbaycan ədəbiyyatında Belarus üfüqləri<b style="color:red"></b>

Minskdəki "Bədii ədəbiyyat" nəşriyyatında müxtəlif ədəbiyyatların Belarus dilinə tərcümələrini özündə cəmləyən “Dalyaqlyadı” (Azərbaycan dilinə tərcümədə "Üfüq") adlı almanax işıq üzü görüb.

Almanaxda ispan, kürd, ukrayna, özbək, türkmən, tacik, serb, çeçen, udmurt, tatar, kalmık, lak, başqır, polyak, urdu, litva, çin, ingilis, yəhudi, alman, benqal dillərində yaradan şair və prozaiklərin əsərləri toplanıb. 

Müxtəlif ölkələrdən 60 şair və prozaiklərin əsərlərinin yer aldığı almanaxda Azərbaycandan Çingiz Əlioğlu və Fərid Hüseynin əsərləri də var. Çingiz Əlioğlunun şeirlərini Ragned Malaxovski, Fərid Hüseynin 6 şeirini isə Mariya Kobets tərcümə edib.  

Ümid etmək istərdim ki, "Dalyaqlyadı" almanaxı bundan sonra da cap olunmaqla yaxşı bir ənənəyə çevriləcək və hər il Belarus oxucuları ilə görüşə gələcək. Belarus tərcüməçilərinin Azərbaycan ədəbiyyatına diqqət yetirməsindən danışarkən onu da qeyd etmək lazımdır ki, bizim ölkədə son illərdə Mikayıl Müşfiq, Kamran Nəzirli, Leyla Əliyeva, Sevinc Nuruqızı və bir çox başqa şair və yazıçıların əsərləri nəşr olunub.

Ales KARLYUKEVİÇ
Minsk

 





13.02.2019    çap et  çap et