525.Az

Mirhəsən Seyidov vətənpərvərlik təbliğatında xidmətlərinə görə təltif olundu


 

Mirhəsən Seyidov vətənpərvərlik təbliğatında xidmətlərinə görə təltif olundu<b style="color:red"></b>

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidovu gənclərin hərbi vətənpərvərlik təbliğatında xidmətlərinə görə təltif edib.

“İrəli” adından dövlət xidmətini göstərilən yüksək diqqətə görə təşəkkür edən, qurumun yaradılmasının 7-ci ildönümü münasibətilə səfərbərlik xidməti rəhbərliyi və əməkdaşlarını təbrik edən M.Seyidov qeyd edib ki, Azərbaycanda səfərbərlik hazırlığı və işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması məsələsinə hər zaman xüsusi diqqət ayrılır:
 
“Bu gün səngərdə dayanan gənclər hər an, hər vəziyyətə hazır olduqlarını bizə Aprel döyüşlərində göstərdilər. Müharibə şəraitində yaşayan bir dövlətin əsgəri məhz vətənpərvər olmalıdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ordunun hazır vəziyyətdə olmasını əsas amil sayır və hər zaman da bu vəziyyətə hazırdırlar. Biz bunu onların iş şəraitindən, keçirilən tədbirlərdən və gənclərin hərbi xidmətə təntənəli surətdə yola salınması zamanı müşahidə edirik. Bu gün ölkəmizdə hərbi paradda gördüyümüz yeni texniki bazanın gücləndirilməsi bizdə qürur hissi yaradır. Bu qədər güclü orduya sahib olmaq inkişaf etməkdə olan bir dövlət üçün böyük investisiyadır”.

İctimai birliyinin sədri bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilən islahatlar və dövlət qayğısı sayəsində bu gün Silahlı Qüvvələrimiz ən müasir hərbi texnika və silah sursatla təmin olunub.

M.Seyidov deyib ki, “İrəli” İctimai Birliyi təkcə ötən il deyil, ayrı-ayrı illərdə gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində, gəncliyin vətənə, xalqa bağlılığının yüksəldilməsi üçün bir çox tədbirlər və layihələr həyata keçirib:
 
“Mən “Marş İrəli” layihəsini, “Xocalıya Ədalət” kampaniyası çərçivəsində görülən işləri, hər iki valideynini itirmiş Xocalıdan olan 25 uşaqdan bəhs edən “Böyüməyən uşaqlar” filmini, təşkilatın xüsusi günlərini cəbhə xəttində həqiqi hərbi xidmətdə olan gənclərlə birlikdə keçirməsini qeyd edə bilərəm”.

C.ABASOV

 





13.02.2019    çap et  çap et