525.Az

AQTA "Sağlam məktəbli" layihəsinin miqyasını genişləndirir


 

AQTA "Sağlam məktəbli" layihəsinin miqyasını genişləndirir<b style="color:red"></b>

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir.

AQTA-dan verilən məlumata görə, "Sağlam məktəbli" layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri Nərimanov rayonundakı Məktəb-Lisey Kompleksində keçirilib.

 Tədbirdə məktəbin şagird və müəllim heyətinə qida təhlükəsizliyi, şəkərdən düzgün istifadə qaydaları, sağlam qidalanma, balıq ətindən istifadənin faydaları barədə məlumatlar verilib.

Sonda agentliyin mütəxəssisləri tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, ötən il "Sağlam məktəbli" layihəsi Bakı şəhərində fəaliyyət göstərən 10 ümumtəhsil müəssəsində həyata keçirilib və ümumilikdə 3000-dən artıq müəllim və şagird layihəyə cəlb olunub. Layihənin 2019-cu ildə Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə həyata keçirilməsi planlaşdırılıb.

Xatırladaq ki, "Sağlam məktəbli" layihəsi AQTA, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə həyata keçirilir.

Məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.

CEYHUN

 





13.02.2019    çap et  çap et