525.Az

Daha 242 nəfər Dövlət Məşğulluq Xidmətinin kurslarını tamamlayıb


 

ARTIQ ONLARDAN 50 NƏFƏRİ İŞLƏ TƏMİN EDİLİB

Daha 242 nəfər Dövlət Məşğulluq Xidmətinin kurslarını tamamlayıb<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin peşə hazırlığına cəlb edilən 242 nəfər təlimləri uğurla başa çatdırıb.
 
Nazirlikdən verilən məlumata görə, onlardan 141 nəfəri qadınlardır.

Həmin şəxslərə peşə kurslarını bitirmələri barədə sertifikatlar təqdim olunub, yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb. Kursları bitirən 142 nəfərdən artıq 50 nəfərinin xidmət tərəfindən işlə təminatı həyata keçirilib.

Qeyd edək ki, Aktiv məşğulluq tədbirlərindən biri olan peşə hazırlığı kurslarının təşkili işsiz və işaxtaranların əmək bazarına çıxışının təmin olunması məqsədinə xidmət edir.

Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb edilirlər.

CEYHUN

 





13.02.2019    çap et  çap et