525.Az

İnstitut: “Quşçu” vulkanının püskürməsi gözlənilən idi”


 

İnstitut: “Quşçu” vulkanının püskürməsi gözlənilən idi”<b style="color:red"></b>

Şamaxıda Quşçu kəndi yaxınlığında “Quşçu” vulkanının püskürməsi gözlənilən idi.

Bunu Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Onun sözlərinə görə, fevralın 5-də Şamaxı-Ağsu bölgəsində baş verən zəlzələdən sonra Şamaxıda 3, Qobustanda 1 palçıq vulkanının aktivləşəcəyi gözlənilirdi.

Güclü zəlzələlərin vulkanların aktivləşməsinə təsir göstərdiyini söyləyən alim baş vermiş zəlzələ ilə əlaqədar Şamaxıda “Quşçu” ilə yanaşı, “Dəmirçi”, “Qızmeydan”, Qobustanda “Şıxzərli” vulkanlarında aktivləşmənin olacağını ehtimal edib.

Qeyd edək ki, Şamaxı rayonunun Quşçu kəndi ərazisində “Quşçu” vulkanında püskürmə qeydə alınıb. AMEA nəzdində RSXM-nin “Zəlzələlərin tədqiqatı” bürosunun məlumatına görə, püskürmə yerli vaxtla 06:25-də qeydə alınıb. Püskürmə 1 dəqiqə 30 saniyə davam edib.

 





14.02.2019    çap et  çap et