525.Az

Məşğulluq Xidməti əmək yarmarkalarının təşkili üçün hazırlıq işlərinə başladı


 

CARİ İLDƏ 56 ŞƏHƏR VƏ RAYONDA ƏMƏK YARMARKALARI, 10 UNİVERSİTETDƏ AKTİV MƏŞĞULLUQ TƏDBİRLƏRİ TƏŞKİL OLUNACAQ

Məşğulluq Xidməti əmək yarmarkalarının təşkili üçün hazırlıq işlərinə başladı<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 2019-cu il üçün ölkəmizin şəhər və rayonlarında əmək yarmarkalarının təşkili üçün yerli icra hakimiyyətləri və işəgötürənlərlə əməkdaşlıq şəraitində hazırlıq işlərinə başlayıb.

Nazirlikdən verilən məlumata görə, yarmarkaların bu il ərzində respublikamızın 56 şəhər və rayonunda təşkili nəzərdə tutulur.

Əmək yarmarkaları zamanı idarə, müəssisə və təşkilatlarda olan vakant iş yerləri işaxtaran və işsiz vətəndaşlara təklif olunacaq, onlara peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun iş yerlərinə göndərişlər veriləcək. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunacaqlar.

Xidmət tərəfindən cari ildə 10 ali təhsil müəssisəsində tələbə və məzunlar üçün "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirlərinin təşkili də planlaşdırılıb. Bu tədbirlər tələbə və məzunlara işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlərə isə gələcəkdə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazandırır.

CEYHUN

 





14.02.2019    çap et  çap et