525.Az

BDU-nun 100 illiyi ilə bağlı təşkilat komitəsi yaradıldı


 

BDU-nun 100 illiyi ilə bağlı təşkilat komitəsi yaradıldı <b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə bağlı təşkilat komitəsi və işçi qrupu yaradılıb.

Universitetin mətbuat və informasiya şöbəsinin məlumatına görə, BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov "Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında" Prezidentin sərəncamını əsas tutaraq "Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş "Tədbirlər planı"nın təsdiq edilməsi, yubiley tədbirlərinin təşkili və həyata keçirilməsi üçün zəruri hazırlıq işlərinin aparılması, o cümlədən, nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə təşkilat komitəsi və işçi qrupunun yaradılması haqqında əmr imzalayıb.

Məlumata görə, Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar təntənəli mərasimin, universitet məzunlarının forumunun, BDU-nu ötən illərdə bitirmiş məzunlar arasında "BDU xatirələrdə" adlı yazı müsabiqəsinin, ali təhsil müəssisələrində universitetin 100 illiyi münasibətilə tədbirlərin, silsilə elmi-praktik konfransların, BDU-nun nəzdindəki "Gənc istedadlar" liseyinin bazasında respublika liseyləri şagirdləri arasında fənn olimpiadalarının və yubileylə bağlı müxtəlif idman yarışlarının keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, Milli Azərbaycan Tarixi Muzeyində Bakı Dövlət Universitetinin şərəfli inkişaf yolunu əks etdirən xüsusi guşənin yaradılması, universitetin tarixini əks etdirən kitabların hazırlanması və nəşri, universitet haqqında sənədli film çəkilişi, "Xatirə yubiley" medalının, döş nişanlarının buraxılması, rəsm və foto müsabiqəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə tədbirlərin, universitet tələbələri üçün liderlik və innovativ sahibkarlıq tədris proqramlarının təşkili və keçirilməsi də 100 illik yubileylə bağlı görüləcək işlərə daxildir.

S.QARAYEVA

 





14.02.2019    çap et  çap et