525.Az

"Sağlam məktəbli" layihəsi bu dəfə Şəki və Şamaxıda


 

"Sağlam məktəbli" layihəsi bu dəfə Şəki və Şamaxıda<b style="color:red"></b>

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir.

AQTA-dan verilən məlumata görə, "Sağlam məktəbli" layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirləri dünən Şəki şəhəri 10 saylı tam orta məktəb, Şəki şəhəri fizika-riyaziyyat təmayülü lisey və Şamaxı şəhəri S.M.Qənizadə adına 1 saylı tam orta məktəbdə keçirilib.

Tədbirdə məktəbin şagird və müəllim heyətinə təhlükəsiz qidalanma, enerji içkilərinin insan orqanizminə zərərləri, qida təhlükəsizliyinə dair ilkin vərdişlər, məktəbli çantasının hazırlanması qaydaları, süd və süd məhsullarının faydaları barədə məlumatlar verilib, agentliyin hazırladığı video-çarxlar təqdim olunub. Sonda agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, "Sağlam məktəbli" layihəsi 2019-cu ildə Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə həyata keçirilməsi planlaşdırılıb. Layihənin keçirilməsində məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.

C.ABASOV

 





14.02.2019    çap et  çap et