525.Az

İçi sərnişinlə dolu mikroavtobus qəzaya düşdü


 

İçi sərnişinlə dolu mikroavtobus qəzaya düşdü<b style="color:red"></b>

Biləsuvar rayonunda sərnişin daşıyan mikroavtobusla “Jiquli” toqquşub.

ANS PRESS–in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, sərnişinlə dolu olan “Ford” markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili ilə toqquşub. Qəza zamanı bir nəfər sərnişinin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 





12.09.2013    çap et  çap et