525.Az

“Mənim Peşəm” layihəsi keçirildi


 

“Mənim Peşəm” layihəsi keçirildi<b style="color:red"></b>

Gənclər Fondunun maliyyə, “İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə fondun keçirdiyi XI qrant müsabiqəsinin qalibi Azər Əmirovun “Mənim Peşəm” adlı fərdi layihəsi həyata keçirilib.

“İrəli”dən verilən məlumata görə, layihənin əsas məqsədi yuxarı sinif şagirdlərinə düzgün ixtisas seçimində dəstək olmaqdır.

Layihə çərçivəsində ilk təlimlər fevralın 9-da Qəbələ rayonu Vəndam qəsəbəsində keçirilib. Təlimlərdə müxtəlif məktəblərdən 43 yuxarı sinif şagirdi iştirak edib. Onlara Şahin Rəhmanlı və Malik Bağırov təlim keçib.

Növbəti təlimlər isə fevralın 10-da Balakəndə baş tutub. Bu təlimlərdə isə rayonun müxtəlif məktəblərindən, ümumilikdə, 38 şagird iştirak edib.

CEYHUN

 





15.02.2019    çap et  çap et