525.Az

“Strateji Menecment Məktəbi” layihəsi çərçivəsində təlimlər keçirildi


 

“Strateji Menecment Məktəbi” layihəsi çərçivəsində təlimlər keçirildi<b style="color:red"></b>

Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi Fatimə Məsimlinin “Strateji Menecment Məktəbi” adlı fərdi layihəsinin təlimləri başa çatıb.

“İrəli” İctimai Birliyi təşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi ölkəmizdə gənclərin biznes və idarəçilik sahəsində inkişaf etməsi, bu sahə ilə bağlı maariflənməsidir.

Layihənin çərçivəsində Tural Qasımlının təqdimatında “Risk Menecment” təlimi olub.

Daha sonra təlimçi Orxan Rüstəmovun təqdimatında “Büdcə Planlaşdırılması” təlimi keçirilib. Təlimdə daxili və xarici mühitin təhlili, büdcə planlaşdırılması, strateji planlama haqqında layihə iştirakçılarına məlumat verilib.

Qeyd edək ki, iki mərhələdən ibarət olan layihə 3 ay müddətində davam edəcək.

Layihənin birinci mərhələsi artıq başa çatıb.

CEYHUN

 





15.02.2019    çap et  çap et