525.Az

Riyaziyyat və Mexanika İnstitutu hesabat verdi


 

MİSİR MƏRDANOV: "SON İLLƏR İNSTİTUTUN ŞÖBƏLƏRİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN ELMİ İŞÇİLƏRİN GƏRGİN İŞİ NƏTİCƏSİNDƏ BİR ÇOX UĞUR ƏLDƏ OLUNUB"

Riyaziyyat və Mexanika İnstitutu hesabat verdi<b style="color:red"></b>

Riyaziyyat və Mexanika İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ən qədim elmi-tədqiqat müəssisələrindən biridir. Hazırda İnstitutda 222 nəfər işçi çalışır. Onlardan 39 nəfər riyaziyyat üzrə elmlər doktoru, 68 nəfər riyaziyyat üzrə fəlsəfə doktorudur.

İnstitutda ümumilikdə 22 şöbə fəaliyyət göstərir. Onlardan 14 şöbə elmi fəaliyyətlə məşğuldur. Bunlar Funksional analiz, Funksiyalar nəzəriyyəsi, Diferensial tənliklər, Riyazi analiz, Riyazi fizika tənlikləri, Cəbr və riyazi məntiq, Optimal idarəetmə, Qeyri-harmonik analiz, Hesablama riyaziyyatı və informatika, Tətbiqi riyaziyyat, Elastiklik və plastiklik nəzəriyyəsi, Dalğa dinamikası, Sürüncəklik nəzəriyyəsi, Maye və qaz mexanikası şöbələridir. Son illərdə AMEA-da aparılan əsaslı elmi və təşkilatı islahatlar nəticəsində 3 köməkçi şöbə yaradılıb. Bunlar Beynəlxalq əlaqələr, Təhsil və İctimayətlə əlaqələr şöbəsidir.

İnstitutda həyata keçirilən islahatlar, əhəmiyyətli tədbirlər nəticəsində əsaslı nailiyyətlər əldə olunub. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov deyir ki, 2018 ildə İnstitutda elmi-tədqiqat işləri riyaziyyat və mexanika sahələri üzrə aparılıb. İnstitut alimlərinin tədqiqatları AMEA-nın Rəyasət Heyəti tərəfindən təsdiq edilən tədqiqatlarının prioritet istiqamətlər proqramına uyğun olaraq həyata keçirilib: " 2018-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi tədqiqatlar riyaziyyat və mexanika sahələri üzrə 7 elmi istiqaməti əhatə edib. Hesabat müddətində İnstitut əməkdaşları Azərbaycan MEA Rəyasət Heyəti tərəfindən təsdiq edilən elmi və prioritet istiqamətlər proqramına uyğun olaraq, 18 mövzu və 105 iş tədqiqatlar aparılıb. Əməkdaşların aldıqları elmi nəticələrin əksəriyyəti nüfuzlu jurnallarda çap olunub". 

ELMİ ŞURANIN FƏALİYYƏTİ  

Direktorun sözlərinə görə, İnstitutun Elmi Şurası əməkdaşların fundamental sahələrdə aparılan elmi-tədqiqat işlərini koordinasiya edir. Ölkəmizin elmi tutumlu strateji problemlərinin həllində İnstitutun elmi potensialından istifadə edərək, Dövlət Proqramlarının və müvafiq Tədbirlər Planının icrası ilə əlaqədar elmi-tədqiqat və elmi-texniki işlər yerinə yetirilib və Elmi Şurada mütəmadi olaraq müzakirə edilib. 2018-ci ildə İnstitutun Elmi Şurasının 15 iclası keçirilib. Elmi Şuranın iclaslarında Prezidentin, AMEA Rəyasət Heyətinin müvafiq qərar və sərəncamlarının, İnstitutun elmi-tədqiqat işlərinin planı, kadr məsələləri, magistr, doktorant, elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorantura, yubileylər, təltiflər, nəşr fəaliyyəti, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan Beynəlxalq konfransın keçirilməsi, ezamiyyətlər, şöbələrin fəaliyyəti, 40 elm və texnikanın yeni nailiyyətləri müzakirə edilib.  Gənc alim və mütəxəssislər şurasının fəaliyyəti, birgə elmi-texniki əməkdaşlıq, İnstitutun elektron saytının fəaliyyəti, əməkdaşların, eləcə də doktorant və dissertantların attestasiyası, magistrlərin ilk buraxılışı və təhsil alması və s. kimi məsələlər müzakirə olunub.  

ELMİ KADRLARIN HAZIRLANMASI 

Misir Mərdanov vurğulayıb ki, 2018-ci il tarixlərində magistraturaya qəbul ilə əlaqədar olaraq, 33 abituriyentlə müsahibə aparılıb. Riyaziyyat və Mexanika İnstitutuna plan üzrə 6 yer ayırılıb, 4 nəfər müxtəlif ixtisaslar üzrə qəbul olunub.  36 Magistraturada plan üzrə tədris fənlərindən "Fənn Proqramları" tərtib edilib və İnstitutun elmi şurasında təsdiq olunub. 2017-18-ci tədris ilinin ilk magistr buraxılış imtahanları keçirilib, 4 nəfər dissertasiya işini əla qiymətlə müdafiə edib və magistraturanı fərqlənmə diplomu ilə bitiriblər. Onlara AMEA-nın doktoranturasına daxil olmaq üçün Elmi Şuranın qərarı ilə tövsiyə edilib. 2018-ci ildə 4 doktorant qəbul edilib və 4  nəfər bitirib. 37 Dissertant - İnstituta 9 nəfər fəlsəfə doktoru və 4 elmlər doktoru hazırlığı üzrə qəbul olunublar. İnstitutda 36 dissertant, onlardan 12-i elmlər doktoru və 24-i fəlsəfə doktoru hazırlığı üzrə elmi-tədqiqat işlərini aparıblar. Hesabat dövründə 8 nəfər fəlsəfə doktoru hazırlığı üzrə dissertanturanı bitiriblər. Doktorantlar və dissertantlar üçün may ayında minimum imtahanları keçirilib.  

İNSTİTUTUN VEB SƏHİFƏSİNƏ 282.000 BAXIŞ  

İnstitutunun direktoru vurğulayıb ki, Riyaziyyat və Mexanika İnstitutunun İnternet səhifəsi www.imm.az adı altında bütün məlumatları 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) təqdim edir. Sayta il ərzində 669 xəbər yerləşdirilib.  2018-ci il ərzində www.imm.az saytına baxış sayı 473428-ə yaxındır: "Sevindirici haldır ki, www.imm.az saytına baxanların sayında artım müşahidə olunur. Veb səhifənin ana menyusu 21 bölmədən və 10 alt kateqoriyadan ibarətdir. Elmi Şuranın iclasları, ümuminstitut seminarı, görüşlər, dissertasiyaların avtoreferatları, əməkdaşların elmi əsərləri haqqında məlumatlar müntəzəm olaraq veb-saytın "Xəbərlər" bölməsində yerləşdirilib. Səhifədə həmçinin İnstitutun, şöbələrin illlik, yarım illik hesabatları yerləşdirilib. Saytda dissertasiya şurası bölməsi 7 alt bölməni özündə birləşdirir". 

İNSTİTUTDA KEÇİRİLƏN KONFRANSLAR  

Misir Mərdanov qeyd edib ki, ötən ilin 13-14 dekabrında Riyaziyyat və Mexanika İnstitutunda Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan "Neftqazçıxarmada innovativ texnologiyaların və tətbiqi riyaziyyatın müasir problemləri" adlı Beynəlxalq konfrans keçirilib. Konfransda 12 xarici ölkədən riyaziyyatçı alim iştirak edib. Cəmi 14 plenar məruzə, onlardan 6-sı Riyaziyyat və Mexanika İnstitutunda dinlənilib. Ümuminstitut seminarı həftədə bir dəfə olmaqla öz fəaliyyətini davam etdirib. Seminarda institut əməkdaşları ilə yanaşı xarici ölkələrdən gəlmiş alimlərin də məruzələri dinlənilib. Ötən ilin oktyabrında ümuminstitut seminarında SSRİ EA və Rusiya EA-nın akademiki,  Lenin 32 mükafatı laureatı, ABŞ-ın Merilend Universitetinin, ADA Universitetinin və Milli Aviasiya Akademiyasının professoru Roald Zinnuroviç Saqdeyevin "KAM teoreminin 50 illiyi" mövzusunda məruzə edib". 

BEYNƏLXALQ ƏLAQƏLƏR  

Direktorun sözlərinə əsasən, 2018-ci ildə İnstitut bir çox xarici ölkələrin aparıcı elmi mərkəzləri ilə qarşılıqlı elmi əlaqələrini davam etdirib. Bunlar Rusiya Təbiət Elmləri Akademiyası, Neftqazçıxarma Proseslərinin Sistemli Tədqiqatlar İnstitutu, ABŞ-ın New Mexico Institute of Mining and Technology, Çinşt GCC Group, Ukraynanın İvano- Franko adına Lvov Milli Universiteti, Rusiya Elmlər Akademiyasının V.A.Steklov adına Riyaziyyat İnstitutu və Xalqlar Dostluğu Universiteti və  Danimarka Texniki Universiteti, İtaliyanın Salerno Universitetidir: "Hesabat dövründə xarici elmi təşkilat və tədqiqat mərkəzləri ilə birgə əməkdaşlığa dair imzalanan müqavilələr əsasında elmi araşdırmalar və təhsil sahəsində işlər davam etdirilib. Bunlar Rusiyanın Samara Aerokosmik İnstitutu,  Hindistanın Alligarh Muslim Universiteti, Rusiya Elmlər Akademiyası Sibir Bölməsi S.L.Sobolev adına Riyaziyyat İnstitutu, M.V.Lomonosov adına Şimal (Arktika) Federal Universiteti, Don Dövlət Texniki Universiteti və sairdir. İnstitutun əməkdaşları Türkiyənin aparıcı elm və təhsil müəssisələrində fəaliyyətlərini davam etdirib və İnstitutun elmi və elmi-təşkilatı fəaliyyətində yaxından iştirak ediblər".

4 ELMİ JURNAL ÇAP EDİLİB  

Direktorun söylədiyinə görə, il ərzində Riyaziyyat və Mexanika İnstitutunda 4 elmi jurnal çap olunub. 2011-ci ildən institutda "Azərbaycan Riyaziyyat Cəmiyyətinin" jurnalı nəşr olunmağa başlayıb. Mən instituta direktor təyin olunana qədər hər üç jurnalın baş redaktoru akademik Akif Hacıyev idi. Son üç ildə yuxarıda adları çəkilən jurnallardan birincisinə mən, ikincisinə institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev, üçüncü jurnala isə AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov rəhbərlik edir. Biz birinci iki jurnalın redaksiya heyətinin tərkibində ciddi dəyişikliklər edib, həmin heyətə Azərbaycanın və dünyanın tanınmış riyaziyyatçı alimlərini, əlbəttə onların razılığı ilə daxil etdik. Müəyyən araşdırmalar apardıqdan sonra məlum oldu ki, ilk növbədə jurnalların müasir tələbləri ödəyən "Veb saytı" olmalıdır. İnstitutda çalışan, İKT sahəsində biliyi və bacarığı olan gəncləri dəvət etdim, onların köməyi ilə həm "Riyaziyyat və Mexanika institutunun əsərləri", həm də "Azərbaycan Milli Elmlər Akademiyasının xəbərləri" jurnallarının müasir tələblərə cavab verən "Veb saytını" yaratdıq. Jurnala məqalə qəbulunu internet vasitəsi ilə həyata keçirməyə başladıq. Jurnalın dizaynını və formasını müasir tələblər səviyyəsində qurmağa çalışdıq. Hazırda hər ildə nəzərdə tutulan vaxtlarda yuxarıda adı çəkilən jurnalların iki nömrəsi çap olunur. Apardığımız bu işlər qısa müddətdə öz müsbət nəticələrini verməyə başladı".  

ZƏNGİN KİTABXANA  

Misir Mərdanov bildirib ki, Riyaziyyat və Mexanika İnstitutunun çox zəngin kitabxanası var. Kitabxana 1959-cu ildən fəaliyyət göstərir. İl ərzində kitabxananın oxucularının sayı 166 nəfər olmuşdur. Kitabxanaya davamiyyət 2729 nəfər, ədəbiyyatın verilməsi 1856 nüsxə təşkil edib. 2018-cı ildə 6 tematik sərgi kecirilmiş, kitab fonduna hədiyyə yolu ilə 321 nüsxə elmi ədəbiyyat daxil olub. Kitab fondunun ümumi həcmi 20410 nüsxədir. Dövrü mətbuat fondunun ümumi həcmi 26342. Xüsusi növ ədəbiyyat fonduna 105 ədəbiyyat, onlardan 22-dissertasiya, 83 avtoreferat, 25 ottisk daxil olub. Xüsusi növ ədəbiyyat fondunun ümumi həcmi 22244. Kitabxana fondunun ümumi həcmi 68996  nüsxədir. İl ərzində 321 nüsxə ədəbiyyat işlənilib və kataloqlaşdırılıb. 

İNSTİTUTUN UĞURU 

İnstitut direktoru qeyd edib ki,  Azərbaycan Milli Elmlər Akademiyası Prezidentinin sərəncamına əsasən, Riyaziyyat və Mexanika İnstitutunun alimlərinə 2017-ci ildə "Web of Science" və "Scopus" bazalarında indeksləşən jurnallarda çap olunan 82 məqaləyə görə 100,00 manat məbləğində birdəfəlik pul mükafatı verilib. Azərbaycan MEA Rəyasət Heyətinin qərarına əsasən elmi biliklərin və elmi nailiyyətlərin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə, o cümlədən, riyaziyyat elminin təbliğinə həsr olunmuş elmi və elmi-populyar əsərlərinə görə AMEA-nın müxbir üzvü, prof. Misir Mərdanov və professor Ramiz Aslanov AMEA Rəyasət Heyətinin mükafatı ilə təltif edilib. Təhsil Nazirliyi,  Prezident yanında Elmin İnkişafı Fondu və "Clarivate Analytics" şirkətinin birgə təşkilatçılığı ilə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu "Publication leader in Web of Science, ANAS", "Riyaziyyat və Mexanika İnstitutun Əsərləri" jurnalı "New Journals İndexed in ESCİ of Web of Science Core Collection" nominasiyalarının 1-ci mükafatlarına layiq görülüblər: "İl ərzində Riyaziyyat və Mexanika İnstitutu tərəfindən xeyli işlər görülüb. İnstitutun nəzdindəki müxtəlif şöbələrdə fəaliyyət göstərən elmi işçilərimizin gərgin işi sayəsində bir çox uğurlar əldə etmişik. İnstitut bir sıra xarici ölkələrin aparıcı elmi mərkəzləri ilə qarşılıqlı elmi əlaqələrini davam etdirib. Xarici elmi təşkilatlar və tədqiqat mərkəzləri ilə qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində mühüm işlər görülüb".

S.QARAYEVA

 





15.02.2019    çap et  çap et