525.Az

Rusiyadakı dəhşətli qəzada 4 azərbaycanlı öldü


 

Rusiyadakı dəhşətli qəzada 4 azərbaycanlı öldü<b style="color:red"></b> Bu gün Rusiyanın Krasnodar vilayətində baş verən qəzada 4 Azərbaycan vətəndaşı həyatını itirib.
 
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qəza Krasnodar diyarının Uspensk rayonunda Qafqaz avtomagistralının 186-cı km-də baş verib.
 
MAN markalı yük avtomobili VAZ 2109 markalı minik avtomobili ilə toqquşub. İlkin məlumatlara görə, yük maşını minik maşınının yoluna çıxıb. Minik maşınındakı 3 sərnişin və sürücü Azərbaycan sakinləri olub. Onların hamısı həlak olub. Yük maşınının sürücüsü isə xəsarət alıb.
 





12.09.2013    çap et  çap et