525.Az

Nə doğulduğum kəndi görə bilirəm, nə uşaqlıqda yaşadığım evləri... - Rəşad Məcid - ANONS


 

Nə doğulduğum kəndi görə bilirəm, nə uşaqlıqda yaşadığım evləri... - Rəşad Məcid - <b style="color:red">ANONS</b>

"525-ci qəzet"in baş redaktoru, şair Rəşad Məcidin "Facebook" statuslarından seçmələr:

Adamı həm də möhtəşəm bir gözəlliyə münasibətiylə tanımaq olur! Gözünü bağlayıb əzəmətli bir sənət əsərinin, ya əsrarəngiz təbiət mənzərəsinin önündə açırsan və reaksiyasından, üzünün ifadəsindən kimliyini, mahiyyətini anlayırsan!

***

Baxırsan, ciddi, ağır, təmkinli aparıcılar idi. İndi yüngül və dingiş hərəkətlər edirlər! Tələb olunanı etmək, oynamaq da qabiliyyətdir! Ürəyindən olmasa da... bəlkə də peşəkarlıqdır!

***

Bədbəxtlikdən nə doğulduğum kəndi görə bilirəm, nə uşaqlıqda yaşadığım evləri, nə də birinci sinfə getdiyim məktəbi... Onlar hamısı Ağdamda, Şuşada, Laçında qaldı. Beynimin o hissələri zədəlidi. Və o illəri, o hadisələri fikirləşəndə elə bil, məni “tok” vurur. Əzab və ağrıdan bükülürəm. Məni incidən məqamları tez yaddan çıxardım deyə, içimdə bir unutmaq istəyi var.

***

Novruz bayramının bərəkəti və coşqusundandı ki, 1 yanvar doğumlular bu qədər çoxdu! :) Hamısını təbrik edirəm!

***

Çingiz Abdullayev dünən mühazirəsində dedi ki, cənnətə getmək istəmirəm, çünki orda hamısı mollalar olacaq! :) Səhər-səhər yadıma düşdü, güldüm xeyli :)

YAZININ TAM VERSİYASINI "525-Cİ QƏZET"İN ŞƏNBƏ SAYINDAN OXUYA BİLƏRSİNİZ

 





16.02.2019    çap et  çap et