525.Az

“Azərbaycan iqtisadiyyatındakı stabil artım məmnunluq doğurur”


 

“Azərbaycan iqtisadiyyatındakı stabil artım məmnunluq doğurur”<b style="color:red"></b>

“Azərbaycan iqtisadiyyatındakı stabil artımı yaxından təqib edirəm. Bu, məmnunluq doğuran durumdur. Bu tempi sabitləşdirmək gələcək nəsillərə zəngin iqtisadi miras hazırlamaqdır”.

Bunu APA-nın Türkiyə təmsilçisi ilə söhbətində prezident Abdullah Gülün iqtisadi məsələlər üzrə baş müşaviri Durmuş Yılmaz deyib.
 
D. Yılmazın sözlərinə görə, stabil böyümədə qeyri-neft sektoruna doğru şaxələndirilmə prosesi də gedir: “Azərbaycan iqtisadiyyatı neftdən kənar investisiyalarla şaxələnməlidir və hazırda bu proses gedir”.
 
Qeyd edək ki, 2006-2011-ci illər arasında Türkiyə Mərkəzi Bankının prezidenti olmuş Durmuş Yılmaz dövlətin pul siyasətinin həyata keçirilməsində Mərkəzi Bankın muxtariyyətini qoruyub, nəticədə inflyasiya təkrəqəmli səviyyəyə enib.
 
Hökumət tərəfindən növbəti 5 il üçün Mərkəzi Bankın prezidenti vəzifəsinə namizəd göstərilməyən Durmuş Yılmaz prezident Abdullah Gül tərəfindən 2011-ci ilin iyununda iqtisadi məsələlər üzrə baş müşavir vəzifəsinə təyin edilib.

 





12.09.2013    çap et  çap et