525.Az

İTV-də struktur dəyişikliyi: bir departament ləğv edildi


 

İTV-də struktur dəyişikliyi: bir departament ləğv edildi<b style="color:red"></b> İctimai Televiziya və Radio Yayımları Şirkətində struktur dəyişikliyi baş verib.

Bu barədə Lent.az-a İTV-dən məlumat verilib. Belə ki televiziya yarandığı gündən kanalın nəzdində fəaliyyət göstərən Kino və Dublyaj Departamenti ləğv olunub. Həmin departamentin isə funksiyaları “Carçı-film” Yaradıcılıq Birliyinə verilib. Ləğv olunan departamentin əməkdaşları isə “Carçı-film”də fəaliyyət göstərəcəklər.
 
Qeyd edək ki, bir müddət öncə “Carçı-film”-ə Hikmət Yaqubov direktor təyin olunub. Ləğv olunmuş Kino və Dublyaj Departamentinin direktoru Füzuli İsmayılov isə İTV-nin Analitik Proqramlar Departamentinə rəhbər təyin edilib.
 





13.09.2013    çap et  çap et