Azərbaycanda vergi islahatları sahibkarlara dəstəyə istiqamətlənib.
Trend-in məlumatına görə, bunu Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva deyib.
S.Musayeva qeyd edib ki, 2018-ci ildə Azərbaycanın vergi sistemində ölkədə aparılan dərin iqtisadi islahatların nəticəsi olan müsbət dəyişikliklər baş verdi:
"Vergi Məcəlləsində dəyişikliklər bir sıra istiqamətləri, o cümlədən biznesə dəstək, vergidən yayınma və "kölgə iqtisadiyyatı" ilə mübarizə, vergi inzibatçılığının təkmilləşdirilməsini əhatə edib".