525.Az

Məcburi köçkünlərin məskunlaşdığı evlərdəki yanğınla bağlı rəsmi açıqlama


 

Məcburi köçkünlərin məskunlaşdığı evlərdəki yanğınla bağlı rəsmi açıqlama<b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyi Sabunçuda məcburi köçkünlərin məskunlaşdığı 4 evdə baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, məcburi köçkünlərin məskunlaşdığı bir dam altında tikilmiş, ümumi sahəsi 1140 m² olan birmərtəbəli tikilinin (arakəsmələri taxta konstruksiyalardan ibarət) yanar konstruksiyaları 670 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

 





20.02.2019    çap et  çap et