Türkiyə Rusiyanın S-400 zenit-raket komplekslərini almaqdan imtina etməyəcək.
Trend-in məlumatına görə, bunu Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Demir deyib.
İ.Demirin sözlərinə görə, Türkiyə kompleksləri bu ilin iyulunda alacaq.
Nazir bildirib ki, 2019-cu ilin oktyabrınadək sistem Türkiyədə quraşdırılacaq.
ABŞ-ın “Patriot” zenit-raket komplekslərinin alınması barədə danışan nazir qeyd edib ki, hazırda Ankara ilə Vaşinqton arasında danışıqlar aparılır.