Yeni dərs ilinin başlanması və sərnişinlərin sayının artması ilə əlaqədar olaraq hazırda yenidən qurulan metronun “28 May” stansiyasının əsas çıxışı gələn həftə açılacaq.
525.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, təmir-tikinti işlərinin davam etdiyi müddətdə və mövcud şərait çərçivəsində sərnişinlərin rahatlığını maksimum təmin etmək məqsədi ilə metropoliten rəhbərliyi stansiyanın Cəfər Cabbarlı meydanı istiqamətində əsas çıxışını yenidən açacaq və sərnişinlərin sentyabrın 16-dan bu çıxışdan da istifadə etməsi üçün şərait yaradılacaq.
Çıxışdan sərnişinlərin təhlükəsizliyinin və rahatlığının tam təmin edilməsi məqsədi ilə müvafiq hazırlıq tədbirləri görülür.
Sentyabrın 16-dan sərnişinlərin bu istiqamətdən yalnız çıxış üçün istifadə etməsi mümkün olacaq. Yenidənqurma dövründə sərnişinlərin buna qədər istifadə etdikləri digər giriş-çıxışlar isə əvvəlki kimi fəaliyyət göstərəcəkdir. Sərnişinlər “28 May” stansiyasının Salatın Əsgərova küçəsinə olan ikinci giriş-çıxışından, həmçinin “Cəfər Cabbarlı” stansiyasından həm giriş, həm də çıxış üçün istifadə edə bilərlər.
çap et