525.Az

DİN-dən narkotik əməliyyatı


 

DİN-dən narkotik əməliyyatı<b style="color:red"></b>

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları müxtəlif tərkibli külli miqdarda narkotik maddələrin satışının qarşısını alaraq qanunsuz dövriyyədən çıxarıb İran İslam Respublikasından ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilən narkotik maddələrin Bakıda satılacağı barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub.

DİN-dən 525.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat axtarış tədbirləri ilə Şirvan rayon sakini, 45 yaşlı Zəfər Əliyev 1 kiloqramdan çox heroin və 3 kiloqram 100 qram tiryəki 44 min manata satmaq istəyərkən Xətai rayonu ərazisində polis əməkdaşları tərəfindən tutulub. Saxlanılan şəxs bildirib ki, narkotik maddələri ona İran vətəndaşı Vəhid adlı şəxs satmaq üçün göndərib.

Zəfər Əliyev heroinlə tiryəki Ələt Astara yolunun Qaradağ rayonu ərazisindəki hissəsində kimsəsiz ərazidən götürərək Bakıda yaşadığı evə aparıb. Saxlanılan şəxs narkotik maddələri satmaq üçün bir müddət müştəri axtarıb. O, istintaqa ifadəsində bildirib ki, narkotik maddələri satdıqdan sonra Biləsuvar rayonu ərazisindən İrana keçməli və pulunu çatdırmalı imiş.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

 





13.09.2013    çap et  çap et