525.Az

Avropa Liqasının formatı dəyişir


 

Avropa Liqasının formatı dəyişir<b style="color:red"></b>

CSKA (Moskva) klubunun baş meneceri Roman Babaev 2015-ci ildə Avropa Liqasının formatında dəyişiklik ediləcəyini bildirib.

Qol.Az-ın məlumatına görə, məsələyə bu həftə Cenevredə keçirilən Avropa Klubu Dərnəyi (ECA), 11-ci Baş Assambleyasında baxılıb.

"Biz Avropa Liqasının qaliblərinin növbəti mövsüm Çempionlar Liqasında iştirakı variantını nəzərdən keçirdik. Burada əsas məqsəd Avropa Liqasının nüfuzunu artırmaqdan ibarətdir. Hazırda bir neçə variant var. Variantlardan biri yalnız Avropa Liqasının qalibinin Çempionlar Liqasında iştirak etməsidir.
 
Digər təkliflər də var. Məsələn, Avropa Liqasının 1/4 finalına yüksələn komandaların növbəti mövsümdən Çempionlar Liqasında iştirakı variantı da istisna olunmur. Hələ ki, bu barədə müzakirələr davam edir. Ancaq artıq 2015-ci ildə Avropa Liqasının formatının dəyişəcəyi məlumdur".

 





13.09.2013    çap et  çap et