525.Az

“Sağlam məktəbli”lərin əhatə dairəsi genişlənir


 

“Sağlam məktəbli”lərin əhatə dairəsi genişlənir<b style="color:red"></b>

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda və regionlarda maarifləndirmə tədbirlərini davam etdirir.

AQTA-dan verilən məlumata görə, layihə çərçivəsində növbəti tədbir Bakı şəhəri Nərimanov rayonu 207 saylı, Sumqayıt şəhəri 11 saylı və Qazax rayonu 4 saylı tam orta məktəbdə keçirilib.

“Sağlam məktəbli” layihəsi çərçivəsində məktəblilər arasında sağlam qidalanma və qida təhlükəsizliyi anlayışı təbliğ edilir, həmçinin, şagirdlərə qida təhlükəsizliyi vərdişləri aşılanır. Bu məqsədlə tədbirlərdə AQTA mütəxəssisləri şagirdlərə təhlükəsiz qidalanma haqqında məlumat verib, agentliyin hazırladığı video-çarxlar təqdim olunub.

“Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, “Fast food” qidalarının ziyanları” mövzularında şagirdlərlə fikir mübadiləsi aparılıb. Onlara şəkərdən düzgün istifadə qaydaları, sağlam qidalanma və balıq ətindən istifadənin faydası barədə məlumat verilib.

Sonda agentliyin əməkdaşları məktəbliləri maraqlandıran sualları cavablandırıb və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar təqdim ediblər.

CEYHUN

 





24.02.2019    çap et  çap et