525.Az

Xocalı soyqırımı qurbanlarının xatirəsi Budapeştdə də anıldı - Foto


 

Xocalı soyqırımı qurbanlarının xatirəsi Budapeştdə də anıldı - <b style="color:red">Foto </b>

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü, Azərbaycan icması və bu ölkədə təhsil alan azərbaycanlı və xarici tələbələrin iştirakı ilə Budapeştin mərkəzində yerləşən məşhur “Basilica” kilsəsinin önündəki mərkəzi meydanda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

70-ə yaxın iştirakçının qatıldığı tədbirdə Xocalı qətliamına həsr edilmiş plakatlar və stendlər nümayiş etdirilib, habelə səfirlik tərəfindən macar və ingilis dillərinə tərcümə edilmiş Xocalı soyqırımına və Azərbaycanın əzəli torpağı olan Qarabağa aid kitablar, broşürlər, bukletlər paylanılıb. Bundan əlavə, tələbələr Budapeştin yerli sakinlərinə və qonaqlara Xocalı soyqırımı haqqında ingilis və macar dillərində ətraflı məlumat veriblər.

Tədbir zamanı aksiya iştirakçıları tərəfindən kilsənin önündə şamlar yandırılıb və güllər qoyulub.

Sonda “Justice for Khojali” – “Xocalıya ədalət” şüarı səsləndirilib. Tədbir Azərbaycanın dövlət himninin oxunması ilə başa çatıb.

 





25.02.2019    çap et  çap et