525.Az

XİN: "Növbəti Məmmədyarov-Mnatsakanyan görüşü gündəlikdədir"


 

XİN: "Növbəti Məmmədyarov-Mnatsakanyan görüşü gündəlikdədir"<b style="color:red"></b>

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın növbəti görüşü gündəlikdə dayanır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, bu məsələ ATƏT-in Minsk qrupunun həmsədrlərinin ölkəmizə son səfəri zamanı da müzakirə olunub:

"Azərbaycan nəticəyə istiqamətlənmiş və işğal olunmuş ərazilərinin azad edilməsinə və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının təmin edilməsinə yönəlmiş görüşləri keçirməyə hazırdır".

 





25.02.2019    çap et  çap et