525.Az

Azərbaycanlı gənclər İstanbulda Xocalı qurbanlarını anıblar


 

Azərbaycanlı gənclər İstanbulda Xocalı qurbanlarını anıblar<b style="color:red"></b>

Türkiyənin İstanbul şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası çərçivəsində Azərbaycan Gənclərinin İstanbul Hərəkatının (AGİH) təşəbbüsü və təşkilatçılığı ilə Avrasiya Stratejik Araştırmalar Mərkəzində (ASAM) Xocalı Soyqırımını anma mərasimi keçirilib.

Tədbirdə Xocalı Soyqırımını, orda baş verən qətliamı əks etdirən görüntülər təqdim olunub. Daha sonra Xocalı həqiqətləri erməni terrorizmi haqqında çıxışlar olub. Azərbaycan Gənclərinin İstanbul Hərəkatının rəhbəri Rəşad Rza, rəhbərin müavini, araşdırmaçı yazar Sadiq İbrahimli, araşdırmaçı yazar Aygün Həsənoğlu, araşdırmaçı-jurnalist Mayis Əlizadə çıxış ediblər.

Tədbirdə Azərbaycan Avrasiya Bir Vəqfinin başqanı Şaban Gülbahar, İstanbuldakı Azərbaycan dərnəklərinin rəhbərləri, tanınmış ziyalılar, elm xadimləri, mətbuat nümayəndələri və tələbələr istirak edib.

Rəşad Rza öz çıxışında erməni terrorizminin kökü və yaranma səbəbləri haqda danışıb. O, Azərbaycanla qardaş Türkiyə Cumhuriyyətinin bu istiqamətdə birlikdə fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb, hər iki ölkə gənclərini ermənilərin Xocalıda törətdiyi soyqırımı dünya ictimayyətinə fəal şəkildə çatdırmağa çağırıb.

Hərəkatın rəhbər müavini araşdırmaçı yazar Sadiq İbrahimli isə öz çıxışında tarix boyu ermənilərə güzəştə gedildiyini, onlara qarşı heç bir ayrı-seçkiliyin edilmədiyini, bunun nəticəsində fürsət əldə etdikləri zaman öz havadarlarının planlarına uyğun olaraq, onların dəstəyi ilə xaincəsinə həm Azərbaycana, həm də Türkiyəyə qarşı zaman zaman böyük torpaq iddiaları qaldırdıqlarını, bunu həyata keçirmək üçün soyqırım və qətliamlar törətdiklərini deyib.

 





26.02.2019    çap et  çap et