525.Az

İlham Əliyev şagirdlərlə görüşdü


 

İlham Əliyev şagirdlərlə görüşdü<b style="color:red"></b>

Prezident yeni dərs ili münasibətilə onları təbrik edib

Sentyabrın 16-da – Bilik günündə Bakının Yasamal rayonundakı 158 nömrəli tam orta məktəb əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlət başçısı məktəbin təmirdən əvvəlki görüntülərini əks etdirən stendə baxıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib. Bildirildi ki, 158 nömrəli tam orta məktəb 1961-ci ildə inşa olunub. 1850 şagird yerlik məktəb üç tədris korpusundan və bir yardımçı binadan ibarətdir. Əsaslı təmir və yenidənqurma işləri bu ilin mayında başlanmış və qısa müddətdə məktəbin bütün sinif otaqları, fənn kabinetləri, yeməkxanası, kitabxanası, akt və idman zalları təmir edilmiş, yüksək standartlara uyğun şərait yaradılıb. Bu təhsil müəssisəsinin işıqlandırma və istilik sistemi də yenidən qurulmuşdur. Ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb.

Yaradılmış şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev məktəbin pedaqoji kollektivi və şagirdləri ilə görüşüb, yeni dərs ili münasibətilə onları təbrik edib.

Məktəbin direktoru Zemfira Səmədova ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edib.

 





16.09.2013    çap et  çap et