525.Az

Beynəlxalq Avrasiya Mətbuat Fondunda Xocalı soyqırımı anıldı


 

Beynəlxalq Avrasiya Mətbuat Fondunda Xocalı soyqırımı anıldı<b style="color:red"></b>

Dünən Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

BAMF-dan verilən məlumata görə, tədbirdə çıxış edən fondun rəhbəri Umud Rəhimoğlu Xocalıda erməni silahlı birləşmələrinin dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktını pisləyib, törədilmiş hadisəni insanlıq əleyhinə cinayət adlandırıb: "Bu, adi soyqırım deyil, bir millətin digər bir millət üzərində təcavüzkar basqısıdır".

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya Ədalət!" kampaniyası çərçivəsində silsilə tədbirlərin həyata keçirildiyini deyən U.Rəhimoğlu ümumilli məsələlərdə bütün dünya azərbaycanlılarının səfərbər olunmasının vacibliyinə toxunub: "Biz səsimizi dünyaya duyurmalıyıq. Torpaqlarımızın bütövlüyü uğrunda mübarizəni davam etdirməliyik".

Tədbirdə yazıçı Ulduz Qasımın yenicə nəşr edilən "Xocalı şikəstəsi" romanı təqdim edilib.

Romanı türkcəyə çevirən yazıçı-tərcüməçi İmdad Avşar əsər barədə geniş məlumat verib.

Yazıçı-publisist Rəhilə Gülçin isə kitabın Azərbaycan nəşri barədə danışıb. Kitabda əsərin baş qəhrəmanı Məryəm ananın ailəsinin erməni cəlladlarından qaçışı, beş gün meşədə həyat uğrunda mübarizəsi əks olunub. Əsərdə qadınlar namus simvolu olaraq göstərilib.

Qeyd edək ki, U.Qasımın növbəti hədəfi kitabının rus və ingilis dilində nəşr edilməsidir.

Sonda müəllif tədbir iştirakçıları ilə fikirlərini bölüşüb.

C.ABASOV

 





26.02.2019    çap et  çap et