525.Az

"Cənub Qaz Dəhlizi" Aİ üçün enerji şaxələndirilməsi üzrə əsas layihədir"


 

"Cənub Qaz Dəhlizi" Aİ üçün enerji şaxələndirilməsi üzrə əsas layihədir"<b style="color:red"></b>

"Cənub Qaz Dəhlizi" Avropa İttifaqı (Aİ) üçün enerji şaxələndirilməsi üzrə əsas layihədir.

Bunu Trend-ə müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak deyib.

M.Layçak qeyd edib ki, Avropa bazarlarının Azərbaycan qazı ilə təchiz olunmasına istiqamətlənmiş "Cənub Qaz Dəhlizi" Avropa İttifaqı üçün enerji şaxələndirilməsi üzrə əsas layihədir:

"Mənə məlumat verilib ki, Azərbaycanın energetika sahəsində dövlət proqramları günəş və külək elektrik stansiyaları kimi alternativ enerji mənbələrinin inkişafına yönəlib. Biz alternativ enerji sahəsində təcrübəmizi bölüşməyə hazırıq".

ATIT sədri bildirib ki, Slovakiya Azərbaycanla iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsinə səy göstərəcək.

 





28.02.2019    çap et  çap et