525.Az

Rusiyada erməni öldürən idmançımız Bakıya gətirildi


 

Rusiyada erməni öldürən idmançımız Bakıya gətirildi<b style="color:red"></b>

Rusiyada erməni polisi öldürdüyünə görə başı bəlalar çəkən Azərbaycanın məşhur idmançısı vətənə gəldi.

Lakin həmin gəliş könüllü yox, məcburi olub. Çünki uşu-sanda üzrə ikiqat dünya çempionu, Azərbaycan yığmasının sabiq məşqçisi, 40 yaşlı Canpolad Budaqov Azərbayacana etap olunub.

C.Budaqov iki il əvvəl Rusiyanın Samara vilayətində polis sahə müvəkkili Samvel Mehrabovu öldürüb. Canpolad Budaqov Samara şəhərində yerləşən "Vodopad” kafesinə gəlib. Canpoladın əynində üzərində Azərbaycan yazısı olan köynək olub. Bu amil kafedə olan Samvel Mehrabov və daha 60 ermənini qıcıqlandırıb. Bundan sonra kafedə olan 4-5 azərbaycanlı ilə 60-a yaxın erməni arasında milli münaqişə zəminində dava düşüb. Canpolad Budaqov isə özünü qorumaq məqsədilə bıçağa əl atmalı olub.

C.Budaqovun qardaşı Elman Milli.Az-a bildirdi ki, C.Budaqov bir müddət əvvəl Vətənə gətirilib. Onun sözlərinə görə, qardaşının Bakıda yenidən məhkəməsi keçirilib.

Ermənini qətlə yetirməmişdən qabaq Bakıda qonşularla dava etmiş və o vaxt Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə təqsirləndirilən C.Budaqova Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 6 ay həbs cəzası təyin olunub. Məhkəmə qərarı qüvvəyə minəndən sonra C.Budaqov yenidən Samara həbsxanasına geri qaytarılacaq.

Xatırladaq ki, Rusiya mətbuatı Canpolad Budaqovun polisi öldürməsi ilə bağlı yanlış məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, guya erməni polis qohumları ilə birgə atasının yubileyini qeyd edirmiş. Bu vaxt başqa masada oturan azərbaycanlılar arasında dava düşüb. Nəticədə erməni polis onları ayırmaq istəyərkən azərbaycanlı idmançı Samveli bıçaqlayıb. Kafedə olan iki qrup arasında dava düşüb. Mehrabov polis işçisi kimi araya girdiyi vaxt onun sinəsinə bıçaq zərbəsi endirilib.

Milli.az

 





16.09.2013    çap et  çap et