525.Az

TQDK sədri Bakı Təhsil İdarəsinin ittihamlarına cavab verdi


 

TQDK sədri Bakı Təhsil İdarəsinin ittihamlarına cavab verdi<b style="color:red"></b>

“Hər şey su kimi durudur”
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Bakı Şəhər Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramovun “Orta məktəblərdə davamiyyətin pozulmasının birinci səbəbi qəbul imtahanlarının ağır olmasıdır” ittihamına cavab verib.  Lent.az-ın məlumatına görə, TQDK sədri jurnalistlərə açıqlamasında bildirib ki, Komissiya tərəfindən hər il elmi-metodik seminarlar təşkil edilir və burada mütəxəssislər bütün nəticələri müzakirə edirlər: “Qəbul imtahanlarının məzmunu pedaqoji ictimaiyyətin iştirakı ilə formalaşır. Bu prosesdə orta və ali məktəblər və eyni zamanda müəllimləri iştirak edir”.

TQDK sədri onu da vurğulayıb ki, bu məsələdə cəmiyyəti heç nə çaşdıra bilməz.
 
 “Hər şey aydındır, su kimi durudur. Bizim proqramlar yanvar ayında çap olunaraq ictimaiyyətə təqdim olunur. Proqramlar çap olunanda biz model testləri təqdim edirik. Yanvardan ictimaiyyətə imkan veririk ki, təqdim olunan proqrama, model testlərə öz fikirlərini bildirsinlər. Bildirənlər də olur, bildirməyənlər də. Ondan sonra sınaq imtahanları keçirilir və bunların nəticələrini də aşkar səviyyədə ictimaiyyətə təqdim edirik. Bu ilki nəticələr də gözlənilən nəticələr idi”-deyə, M. Abbaszadə əlavə edib.

 





16.09.2013    çap et  çap et