525.Az

Ermənistan-İran münasibətləri: Paşinyanın yeni reveransları


 

Ermənistan-İran münasibətləri: <b style="color:red">Paşinyanın yeni reveransları</b>

Ermənistanın baş naziri Nikol Paşinyanı Tehranda böyük təntənə ilə qarşılayıblar. Yollara qırmızı xalılar döşənib.

Ölkənin prezidenti və ali dini lideri erməni "məxməri inqilab qəhrəmanı"na xüsusi mehribanlıq göstəriblər. Hətta N.Paşinyana vədlər verilib. Həsən Ruhani ilə N.Paşinyan təkbətək keçirdikləri görüşdən sonra bir neçə məsələ üzrə razılıq əldə etdiklərini bəyan ediblər. Ayrıca N.Paşinyan Ermənistanla İran arasında azad ticarət zonası yaratmaq perspektivindən bəhs edib. Bunun üçün Ermənistanın Avrasiya İqtisadi İttifaqında sədr olmasının fürsət olduğu vurğulanıb. H.Ruhani də bir sıra sahələr üzrə əməkdaşlığın yaradılması zərurətini qeyd edib. Söhbət əsasən qaz layihələrinin reallaşmasından gedib. Bütün bunlar regionda mürəkkəb geosiyasi mənzərənin yaranması fonunda baş verir. İlk baxışdan ABŞ və Rusiyaya meydan oxumaq kimi görünən bu səfərin əslində real geosiyasi mənası nədən ibarətdir? Bu suala cavab üzərində geniş dayanmaq lazım gəlir. 

"Müstəqil" kölə: erməni siyasətinin feyk təzahürü 

Ermənistanın baş nazirinin İrana səfərindən erməni mediası növbəti şou düzəltməyə başlayıb. Az qala bunu dünya siyasətinin incilərindən biri statusunda təqdim etməyə çalışırlar. Hətta "Ermənistan artıq qlobal miqyasda geosiyasi oyunçudur" kimi bəyanatlar da verilir Təbii ki, ermənilərin özlərini süni şişirtməsinin dəfələrlə şahidi olmuşuq və indi bu kimi olaylara çox sakit yanaşırıq. Lakin məsələyə geosiyasi reallıqlar prizmasından baxdıqda, meydana bir sıra sualların çıxdığını da görürük. Hər şeydən öncə, rəsmi İrəvanın nə etmək istədiyi məsələsi maraq doğurur.

Ümumi desək, Ermənistanın siyasi rəhbərliyi növbəti "feyk"ə imza atdı. Nikol Paşinyan İrana səfər edəcəyini hələ Almaniyada olanda bəyan etmişdi. Görünür, bununla o, İran məsələsində ABŞ-ın deyil, Avropanın yanında olduğunu ifadə etməyə çalışıb. Lakin Ermənistan İranın yanında oldu-olmadı, nə fərq edər? Çünki bu cırtdan vassalın dünya siyasətinə təsir edə biləcək hec bir potensialı və resursu yoxdur. Ermənistan nəyin hesabına İran məsələsində hər hansı dəyişiklik edə bilər? Mütləq mənada heç nəyin. Lakin ideoloji aspektdə hansısa hay-küy sala bilər. Bunda da məqsəd başqadır. Məsələnin bu tərəfi üzərində dayanaq.

Hazırda Ermənistan rəhbərliyi ölkəni uzun illərdir düşdüyü böhranlı vəziyyətdən çıxarmağa çalışır. Bütün dünya bilir ki, Ermənistan Rusiyanın forpostudur. Əsl mənada bu dövlətin müstəqilliyindən söhbət gedə bilməz. Buna görə də heç bir iri sərmayəçi Ermənistana yaxın gəlmir. N.Paşinyan məhz bu vəziyyəti dəyişməyə çalışır. Bəs hansı üsulla? Belə görünür ki, real heç bir resursu olmayan Ermənistan üçün manevrlərdən və görüntü yaratamaqdan başqa yol qalmayıb. Öncə, ermənilər ölkənin obrazını dəyişməyə çalışdılar. "Məxməri inqilab", "demokratiya", "insan haqları", "korrupsiyaya qarşı mübarizə" kimi epitetlərlə guya ermənilərin sivil dünyanın bir parçası olduğu görüntüsünü yaratmağa girişdilər. N.Paşinyan hansı ölkəyə gedirsə, oradakı ermənilərə "qurban olur" və onlarla fəxr edir. Guya həmin ermənilər azadlıq carcısıdırlar və cəngavər, azadlıqsevər xalqın nümayəndələridirlər. Tarixdən isə bəllidir ki, ədiblər, alimlər, siyasət adamları və tədqiqatçılar yazıblar: "sən qorxaqsan, sən köləsən, sən ermənisən"!

İndi də N.Paşinyanı xaricdə sakitcə dinləyir və əliboş yola salırlar. Bu günə qədər N.Paşinyan heç bir ölkə ilə ciddi əməkdaşlıq sazişi imzalaya bilməyib - hamısı vədlərdən ibarət sənədlərlə kifayətlənirlər. İndi bu vəziyyəti İranda dəyişməyə çalışırlar. Niyə məhz İran? Geosiyasi aspektdə üç səbəbdən İranı seçiblər. Birincisi, İrana qarşı Amerika çox sərt mövqe tutub. Bunun fonunda N.Paşinyan Tehrana gedib, hər hansı sənədi imzalayırsa, guya İrəvan müstəqil siyasət yeridir və hətta Vaşinqtondan belə çəkinmir. Halbuki Amerikanın Ermənistandakı keçmiş səfiri açıq demişdi ki, N.Paşinyan onların uşaqlarıdır. Və ruslar da bundan incimişdilər - N.Paşinyana xəbərdarlıq edilmişdi.

İkincisi, İrana səfər edib, qaz məsələsini müzakirə etməklə Ermənistan Rusiyadan da enerji məsələsində asılı olmadığı görüntüsünü yaratmağa çalışır. Bu da cəfəngiyatdır. Hətta erməni ekspertlər etiraf edirlər ki, N.Paşinyan İranla enerji sahəsində ciddi heç bir müqavilə imzalaya bilməz, çünki Ermənistanda enerji paylaşımı sisteminin 80 faizi Moskvanın əlində cəmləşib. Burada yalnız söhbət ondan gedə bilər ki, Rusiya Gürcüstana qaz verər, İran da Ermənistana. Onun da alınıb-alınmayacağı sual altındadır. Çünki regionda geosiyasi vəziyyət elədir ki, əməkdaşlıq məsələsi çoxlu faktorların uyğunluğunu tələb edir. Ermənistanın elə bir gücü yoxdur ki, bu uyğunluğu yarada bilsin.

Üçüncüsü, Ermənistan rəhbərliyi regional əməkdaşlıq imkanlarına sahib olduğunu nümayiş etdirməyə çalışır. Erməni mediası da fəaliyyətini əsasən bu istiqamətdə qurub. Yəni İran rəhbərliyi Ermənistanla həm qaz məsələsində, həm İran-Ermənistan-Gürcüstan əməkdaşlığında, həm də İran-Ermənistan-Gürcüstan-Rusiya əməkdaşlığında maraqlıdır. Özü də bunun üçün İran qazı Ermənistandan keçməklə Qara dənizə çıxarıla bilər. Rəsmi İrəvanın bu boş canfəşanlığı arxasında duran məqamı da yaxşı anlayırıq. Ermənistan rəhbərliyini Azərbaycanın üçtərəfli və dördtərəfli əməkdaşlıq formatlarını uğurla reallaşdırması ciddi narahat edir. Buna alternativ yaratmağa cəhd edən erməni siyasətçiləri dəridən-qabıqdan çıxırlar. Onlara bu prosesdə dəstək verməyə hazır olanlar da var. İran səfəri bu baxımdan düşündürücüdür. 

Təcavüzkarla dostluq: bədəli nə olacaq? 

İran Prezidenti Həsən Ruhani iki ölkə arasındakı əlaqələrdən, əməkdaşlıq üçün imkanlardan ağızdolusu danışıb. O cümlədən İran-Ermənistan-Gürcüstan-Rusiya əməkdaşlığını mümkün sayıb. Özü də bu məsələyə Şimal-Cənub dəhlizi kontekstində baxdıqlarını qeyd edib. H.Ruhani Fars körfəzi ilə Qara dənizi birləşdirməklə də bağlı N.Paşinyanla müzakirə apardıqlarını deyib. Bundan başqa, elektrik enerjisi istehsalı ilə əlaqədar müzakirələr də aparılıb.

Bütün bunlara baxmayaraq, cəmi iki sənəd imzalanıb. Onların ikisi də iqtisadi sahədə əməkdaşlıq niyyətləri ilə bağlıdır. Vəssalam, "faydalı səfər"in yekunu budur! Ancaq ekspertlər İran rəhbərliyinin Ermənistanın baş nazir ilə çox mehriban və dostcasına danışmasına diqqəti çəkirlər. Sözsüz ki, N.Paşinyanın səfərinin Xocalı soyqırımının 27-ci ildönümü günlərinə düşməsi təsadüfi sayıla bilməz. Üstəlik, Tehranda olarkən N.Paşinyanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü şübhə altına alan şüarın önündə selfi çəkdirməsinə İranın rəsmi dairələrinin münasibət bildirməməsi müəyyən fikirlərə yol açır. Görünür, burada bir neçə faktor öz rolunu oynayıb. İlk növbədə, İran iqtisadi cəhətdən çox ağır durumdadır. ABŞ-ın sanksiyaları bu ölkənin iqtisadiyyatını çökdürməyə hesablanıb. Suda boğulan saman çöpündən yapışdığı kimi, İran da Ermənistan vasitəsilə Avropaya çıxa biləcəyinə ümid edir.

Digər məqam İranın qaz sahəsində Rusiya ilə ənənəvi rəqabəti ilə əlaqədar ola bilər. Uzun illərdir ki, Tehran İrəvana qaz layihələrində geniş əməkdaşlıq təklif edir, lakin "Qazprom" hər ikisinin arzusunu gözündə qoyur. N.Paşinyanın Moskvadan asılılığı azaltmaqla bağlı verdiyi vədlərdən rəsmi Tehran yararlanmağa çalışır. Yəni düşünülür ki, Ermənistana qaz satışı artırılsa və tranzitlə Gürcüstana çıxarılsa, nələrsə qazanıla bilər.

Nəhayət, Tehran özünün müstəqil regional oyunçu olduğunu ABŞ, Rusiya və Türkiyəyə nümayiş etdirmək istəyə bilər. Amerika ilə vəziyyət aydındır. Rusiya isə Suriyada son zamanlar daha çox Türkiyə ilə hesablaşır. İran bir qədər arxa plana keçib. Bu səbəbdən İranda bəzi dairələr erməniyə "dost və qardaş" deyib, müəyyən addımlar atmağa çalışır.

Lakin İranın da bu məsələdə uzağa gedə biləcəyini proqnozlaşdırmaq çətindir. Çünki Ermənistan ciddi işlərə yarayan tərəfdaş deyil. Tehran unutmamalıdır ki, Azərbaycan torpaqlarının beşdəbirini işğal altında saxlayan ölkə ilə əməkdaşlıq etməyə cəhd edir. Əslində, bir müsəlman dövləti olaraq İran Ermənistandan tələb etməlidir ki, işğal etdiyi əraziləri tərk etsin. İran rəhbərliyi isə ümumi deyir ki, münaqişə yalnız dinc yolla həll edilə bilər. Bu o deməkdir ki, dolayısı ilə erməni işğalının nəticələrinin bu cür qalmasında İrandakı müəyyən siyasi qüvvələr maraqlıdır. Ancaq İran xalqının başqa cür düşündüyünə əminik və xalq öz iradəsini ifadə etməyi yaxşı bacarır.

N.Paşinyanın Tehranda Amerikanın sanksiyalarını haqsız saydığını dilə gətirməsi yuxarıda vurğulanan məqamların işığında ucuz şou təsiri bağışlayır. Faktiki olaraq bu sözlər heç bir real geosiyasi çəkisi olmayan cəfəng ifadələrdir. Bu səbəbdən Vaşinqtonun N.Paşinyana cavab vermə ehtimalı belə yüksək deyil.

Bunlar göstərir ki, N.Paşinyanın İrana səfəri real nəticəsi olmayan və əsasən təbliğata hesablanmış gəzinti olub. Orada erməni icması ilə görüşüb, pafosla danşmaq da populist vədlərin bir qismidir. Ermənistan real olaraq siyasətdə mövcud olması üçün birinci növbədə Rusiyadan asılılıqdan qurtulmalıdır. Bu isə mümkün deyil. Ermənistanın Aİİ-yə sədrlik etməsi də bu bağlılıqda vəziyyəti dəyişə bilməz. Moskvanın iradəsindən kənarda İrəvan bir addım belə ata bilməz. Deməli, İran-Ermənistan əməkdaşlığı regional geosiyasi proseslər üçün ciddi heç bir şey verə bilməz. Lakin region dövlətləri kimin-kim olduğunu daha yaxşı görmək şansı əldə edirlər. Hesab etmirik ki, İran bu fonda perspektivli ölkə təsiri bağışlasın. Təcavüzkarla əməkdaşlığın özü də boyük qüsurdur və belə mövqenin sonu müsbət qurtarmır.

Newtimes.az

 





06.03.2019    çap et  çap et