525.Az

Alim və pedaqoq ömrünün baharı


 

Alim və pedaqoq ömrünün baharı<b style="color:red"></b>

1979-cu il. Baharın əvvəli, yazın ilk ayı - mart idi. Novruz bayramı da arxada qalmışdı. İlk bahar elçisi olan sinəsi ağ qarası quş da gəlmişdi.

Qədim Naxçıvan diyarından olan Cabir kişi və Fatma xanım üçün də bu ay yaddaqalan olmuşdu. Mart ayının 25-də ailədə ilk qız uşağı dünyaya göz açmışdı. Qohum-əqraba yığışıb uşağa ad qoyulanda valideynləri Elnarə adı ilə razılaşmışdılar. Elnarə yəni odlu-alovlu qız, taclı qız. Balaca Elnarə də bütün balaca qızlar kimi "gəlincik-gəlincik" oynamış və öz ömrünün cəhrimlərini açmışdı. O, əvvəlcə 63 saylı və sonra 269 saylı məktəbdə oxudu. Orta məktəbi bitirdikdən sonra 1996-2000-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya-biologiya fakültəsində təhsil aldı.

Daim axtarışlarda olan qəlbi onu Azərbaycan Milli Elmlər Akademiyasının A.Qarayev adına Fiziologiya İnstitutunun "Fiziologiya" ixtisası üzrə aspiranturasına gətirib çıxardı.

Elnarə xanım 2010-cu ildə "Prenatal ontogenezdə hipoksiyaya məruz qalmış heyvanlarda reflektor fəaliyyət" mövzusunda dissertasiya işini müdafiə etdi və həmin ildə biologiya ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görüldü.

O, 2003-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "İnsan və heyvan fiziologiyası" kafedrasının müəllimi, 2008-ci ildə baş müəllim vəzifəsində işlədi.

2011-ci ildə rektorun əmri ilə Biologiya fakültəsinin dekan müavini vəzifəsinə təyin olundu.

2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmlər doktoru üzrə dissertantıdır. "Erkən postnatal ontogenezdə hipoksiyanın təsiri zamanı bəzi funksional sistemlərin əlaqələrinin formalaşması" adlı dissertasiya üzrə mövzusu üzərində işləyir.

11 proqram, 60 məqalə, 3 dərs vəsaiti ("Ürək qan-damar sisteminin morfologiyası və fiziologiyası", "Insan və heyvan fiziologiyası fənnindən təcrübi məşğələlər", "İnsan anatomiyası fənnindən sərbəst çalışmalar") və 1 metodik (Qan və qan sisteminin fiziologiyası) göstərişin müəllifidir.

Fiziologiyanın mühüm sahələrindən biri olan angiologiya və ya damar sistemidir ki, bu özü də iki yerə ayrılır - qan-damar sistemi və limfa sistemi. Bu sistemlər ürəyin qan damar sistemi ilə müştərək fəaliyyət göstərdikləri üçün çoxlu fizioloji funksiyaların gedişinə tənzimləyici təsir göstərir. Biologiya ixtisası alan bakalavrlar üçün tərtib olunmuşdur. Bu dərs vəsaiti fiziologiyanın və angiologiya sahəsində olan yeniliklərdən istifadə edilməklə proqrama müvafiq tərtib olunub. Dərs vəsaitindən bakalavr, magistr və elmi tədqiqat işi aparanlar istifadə edə bilərlər. Dərs vəsaiti 8 ədəbiyyatdan, 68 rəngli şəkillərdən, 15 cədvəl və 20-yə yaxın qrafiklərdən, müasir elmi yeniliklərdən, metodlardan istifadə etməklə hazırlanıb.

Biologiya ixtisasında, bakalavr təlimi prosesində, əsas bölmələrdən olan "İnsan və heyvan fiziologiyası" fənnində nəzərdə tutulan təcrübə məşğələləri xüsusi tədris metoduna malik olduğu üçün, bu dərs vəsaiti bakalavr proqramına uyğun olaraq, tələbatı ödəyən səviyyədə hazırlanıb. Dərs vəsaitində fiziologiyanın bütün bölmələrinə aid təcrübələr, nəzəri və təcrübi baxımdan, əyaniliyə üstünlük verməklə tərtib edilib. Dərs vəsaitində fiziologiyanın müasir metodlarından, yeni alət və cihazlardan istifadə etməklə təcrübələrin gedişinin şərhi verilib. Proqrama müvafiq olaraq qan, ürək-qan-damar sistemi, tənəffüs, həzm, maddələr və enerji mübadiləsi, ifrazat, sinir sitemi, sinir-əzələ sistemi kimi bölmələrin fəaliyyətində bölmələrə aid təcrübələr izahlı şəkildə verilib. Dərs vəsaiti hazırlanarkən 15 adda müxtəlif ədəbiyyat mənbələrindən istifadə edilib.

Burada hər mövzu nəzəri və təcrübi olaraq izah edilmiş, şəkillər dəqiq göstəricilərlə verilmişdir. Vəsaitdən bakalavrlar, magistrlər və bu sahə ilə maraqlananlar üçün metodik bir göstəricidir. Proqrama müvafiq tərtib edilmiş, əyaniliyə üstünlük verilib. Metodik vəsait 121 səhifədən, 60 rəngli şəkildən, ədəbiyyat materiallarından və mündəricatdan ibarətdir.

E.Mehbalıyeva 2013-cü ildən dosent vəzifəsinə irəli çəkilir və həmin ildən fakültə üzrə tədris və elmi tədqiqat işlərinin yerinə yetirilməsinə  nəzarət qrupunun rəhbəridir.

Azərbaycan Respublikası Təhsil Nazirinin 11 noyabr 2014 tarixli 11/288 saylı əmri ilə Dövlət ali təhsil müəsisələrinin bir qrup məsul əməkdaşı ilə Türkiyə Cumhuriyyətinin tanınmış universitetinə Ankara şəhərinə ezam olunub  və sertifikatla təltif edilib.

2016-cı ildən ADPU-nun və Elmi Şuranın elmi katibi vəzifəsinə təyin olunub.

2017-ci ildən Kimya və Biologiya fakültəsinə dekan seçilib.

2017-ci ildən Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Azərbaycan üzrə ekspertidir (Fiziologiya üzrə).

E.Mehbalıyeva 3 övlad anasıdır.

Biz E.Mehbalıyevaya ömrün bu bahar çağında uzun ömür, işlərində müvəffəqiyyətlər arzu edirik.

Bəybala ƏLƏSGƏROV
Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti

 





06.03.2019    çap et  çap et