525.Az

“Kaspi”nin Masazır filialında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir - Foto


 

“Kaspi”nin Masazır filialında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir - <b style="color:red">Foto</b>

“Kaspi” Təhsil Şirkətinin Kaspi Masazır filialında 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbbir keçirilib.

Azərbaycan və rus bölmələrində keçirilən bu bayram tədbirində uşaqlar Qadınlar gününə aid şeirlər, mahnılar səsləndirib, səhnəciklər göstəriblər. Bununla yanaşı, uşaqlar müəllimləri ilə birlikdə müxtəlif əl işləri hazırlayıblar.

“Kaspi” Təhsil Şirkətinin Kaspi Masazır filialının məktəbəqədər hazırlıq kursunun rus bölməsi üzrə müəlliməsi Nailə Nağıyevanın dediyinə görə, Azərbaycan qadınının bütün dövrlərdə gözəl örnəkləri olub. Tariximizdə qadınlar müdrikliyi, işgüzarlığı ilə parlaq səhifələr yazıblar: "Həyatımızın bəzəyi olan qadınlara tale ana olmaq, övladlarını cəmiyyət üçün gərəkli bir insan kimi böyüdüb tərbiyə etmək səadəti nəsib edib. Bu zərif cinsin nümayəndələri həm də cəmiyyətin bütün sahələrində kişilərlə çiyin-çiyinə çalışır, öz əməyi, bacarığı, səriştəsi, davranışı ilə fərqlənirlər".

Filialın fəaliyyəti haqda məlumat verən Nailə Nağıyeva bildirib ki, Kaspi Təhsil Şirkətinin Kaspi Masazır filialı 2014-cü il sentyabrın 6-dən fəaliyyətdədir. Burada 4,5,6 yaşlı uşaqlar Azərbaycan və rus bölmələri üzrə məktəbə hazırlanır. Proqrama savad təlimi, nitq inkişafı, sadə riyazi təsəvvürlərin inkişafı, məntiqi təfəkkürlərin inkişafı, ətraf aləmlə tanışlıq, intellektual oyunlar, ingilis dili, fiziki tərbiyə, rəsm və əmək daxildir. Filialın peşəkar müəllimləri uşaqların var olan bacarıqlarını inkişaf etdirməyə və yeni bacarıqlar qazanmasına dəstək olurlar.

Nailə Nağıyevanın sözlərinə görə, filialda məktəbəqədər yaşlı uşaqlar, məktəb yaşlı uşaqlar və böyüklər üçün xüsusi ingilis dili proqramları, 4-6 nəfərlik kiçik ölçülü  qruplar  fəaliyyət göstərir:
 
“Hər bir fənnin tədrisində müəllimlər müasir ədəbiyyat və texnologiyalardan istifadə edərək uşaqların yaş səviyyələrinə uyğun məşğələlər qururlar. Bu məşğələlərin əsasını məntiq, intellektual oyunlar və fənlərarası əlaqə təşkil edir. İKT və əyani vəsaitlər əsasında qurulan məşğələlər öz rəngarəngliyi ilə seçilir.
 
Filialda məktəbəhazırlıq proqramına əlavə olaraq bir sıra dərnəklər fəaliyyət göstərir. Bu dərnəklər vasitəsilə uşaqların yaradıcılıq qabiliyyəti, məntiqi-təxəyyülü, ilkin mühəndislik bacarıqları formalaşır və gizli istedadları üzə çıxır. Uşaqlara dinləmə və başa düşmə vərdişləri aşılanır, onlar fikirlərini sərbəst, rabitəli şəkildə ifadə etmə bacarığına, söz ehtiyatı zənginliyinə yiyələnir”.

 





07.03.2019    çap et  çap et