525.Az

"Razılaşdırılmayan hər hansı kütləvi aksiyanın qarşısı polis tərəfindən alınacaq"


 

"Razılaşdırılmayan hər hansı kütləvi aksiyanın qarşısı polis tərəfindən alınacaq"<b style="color:red"></b>

Sosial şəbəkələrdə azsaylı üzvləri olan, özlərini “Feminist qadınlardan ibarət təşəbbüs qrupu” adlandıran “8 Marş - Zoraklığa Qarşı Get” iventi yaradıb, paytaxt ərazisində “8 Marş” yürüşü keçirmək barədə çağırış edirlər.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinə görə, kütləvi aksiyaların keçirilməsi üçün təşkilatçılar müvafiq icazə alınması ilə bağlı məsələlərin razılaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müracət etməlidir.

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquq pozuntusu olmaqla, müvafiq məsuliyyət yaradır. Paytaxt ərazisində razılaşma olmadan hər hansı kütləvi aksiyanın keçirilməsi yolverilməzdir və polis tərəfindən qarşısı alınacaq.

 





07.03.2019    çap et  çap et