525.Az

Bazar günü hava necə olacaq?


 

Bazar günü hava necə olacaq? <b style="color:red"></b>

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir.

Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Abşeron yarımadasında gecə 5-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti təşkil edəcək.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 761 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Rayonlarda, əsasən, yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti təşkil edəcək.

 





09.03.2019    çap et  çap et