525.Az

“Loqos”da “Gülümsə, çünki sən qadınsan” adlı tədbir


 

“Loqos”da “Gülümsə, çünki sən qadınsan” adlı tədbir<b style="color:red"></b>

"Deaf Community" MMC, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi (PXTİB) və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Gülümsə, çünki sən qadınsan” adlı tədbir keçirilib.

Tədbirdə PXTİB-nin "Gənclərlə iş" şöbəsinin rəhbəri Həlimə Tağıyeva, “Deaf Community MMC"nin təsisçisi Nuranə Abıyeva, baş təlimçisi Turan Məmmədli, baş surdortərcüməçisi Arzu Babayeva, İnzibati işlər üzrə idarəçisi Nazilə Ələkbərova, fiziki məhdudiyyətli qadınlar və PXTİB-nin könüllüləri iştirak  ediblər. 

Tədbiri N.Abıyeva açaraq "Loqos" rəhbərliyinə öz təşəkkürünü bildirib, gələn qonaqları salamlayıb.
      
Daha sonra H.Tağıyeva çıxış edərək gələn qonaqları salamlayıb hər zaman "Loqos" ailəsinin bu cür gözəl təşəbbüslərə açıq olduğunu qeyd edib. 
 
Tədbirdə videoblogger Xatirə Yüzbəyova, televiziya və radio aparıcısı Turanə Hüseynli, “STEP GROUP” qadınlar üçün sürücülük kurslarının rəhbəri Sahil Quliyev, “İELTS” və ingilis dili dərslərini tədris edən Nilufər Məmmədova, “Oriflame” şirkətinin satış meneceri Aytən Əhmədova fəaliyyət göstərdikləri sahələrdən təcrübələrini həm əyani, həm praktiki şəkildə məhdudiyyətli qadınlara təqdim edərək onların öz qabiliyyətləri və gələcək hədəflərinə az da olsa kiçik töhfə verməyə çalışıblar.
        
Psixoloji Xidmət və Tədiqatlar İctimai Birliyinin Psixologiya klubunun sədri Aynur Şiralıyeva isə xoşbəxtlik və motivasiya haqqında çıxış edərək öz fikirlərini iştirakçılarla bölüşüb.

Nitqlər məhdudiyyətli qadınlar üçün “Jest dili” ilə canlı tərcümə olunub. Sonda həm təlimçilər, həm də layihə təşkilatçıları qadınlara öz hədiyyələrini təqdim ediblər.

 





11.03.2019    çap et  çap et