525.Az

Mişel Platini Bakıya gəlir


 

Mişel Platini Bakıya gəlir<b style="color:red"></b>

UEFA-nın prezidenti Mişel Platini sentyabrın 21-də ölkəmizə səfərə gələcək.
 
Səfər çərçivəsində Avropa Futbol Qurumunun rəhbəri AFFA-nın Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa olunacaq təlim-məşq bazasının təməlqoyma mərasimində və bir sıra görüşlərdə iştirak edəcək.
 
Qeyd edək ki, AFFA-nın növbəti layihəsi olan təlim-məşq bazasının tikintisi  UEFA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, Xorvatiyanın Dubrovnik şəhərində sentyabrın 20-də keçiriləcək UEFA-nın İcraiyyə Komitəsinin iclasında "Avro-2020"nin oyunlarını qəbul edəcək namizəd şəhərlərin siyahısı təsdiqlənəcək.
 
Əlavə edək ki, AFFA tərəfindən bu məqsəd üçün Bakı şəhərinin namizədliyi də irəli sürülüb.

 





18.09.2013    çap et  çap et