525.Az

“Bizim yol” qəzetinin əməkdaşı barədə həbs qərarı verildi


 

“Bizim yol” qəzetinin əməkdaşı barədə həbs qərarı verildi<b style="color:red"></b> “Bizim yol” qəzetinin əməkdaşı, moderator.az saytının direktoru, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədri Pərviz Həşimlinin barəsində həbs qətimkan tədbiri seçilib.
 
Bu barədə APA-ya vəkil Elçin Sadıqov məlumat verib.
 
P. Həşimli barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri Səbail Rayon Məhkəməsində keçirilən prosesdə seçilib.
 
Qeyd edək ki, P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
 
 





18.09.2013    çap et  çap et