525.Az

Metroda qatar 20 dəqiqə tuneldə qalıb


 

Metroda qatar 20 dəqiqə tuneldə qalıb<b style="color:red"></b>

Səhər və axşam saatlarında Bakı metropolitenindən istifadə edənlər daha çox olduğu üçün qatarların gecikməsi əlavə problemlər yaradır.

Sentyabrın 18-də də də bu nəqliyyat vasitəsində  problem yaşanıb.

Lent.az-ın məlumatına görə, bu gün axşam saatlarında  Bakı Metropoliteninin   “28 May” və “Nizami” stansiyaları arasında qatar təxminən 15-20 dəqiqə tuneldə qalıb.

Hadisə sərnişinlərin sıx olan vaxtı baş verdiyi üçün yüzlərlə sərnişin havasız yerdə qalıb. Qatar bütün stansiyaların hər birinə gec çatıb. Bu da daha çox sərnişin sıxlığına səbəb olub.

 





19.09.2013    çap et  çap et