525.Az

Qadının evindən külli miqdarda qızıl oğurlanıb


 

Qadının evindən külli miqdarda qızıl oğurlanıb<b style="color:red"></b> Bakı şəhərinin Xətai rayonu ərazisində mənzildən külli miqdarda qızıl və pul oğurlanıb.

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, N.Tusi küçəsi ev 2, mənzil 32 ünvanında yaşayan 1975-ci il təvəllüdlü İsmayılova Afina Aslan qızı oğurluq hadisəsi ilə bağlı müraciət edib. qadın bildirib ki, evdə olmadığı müddətdə mənzildən naməlum şəxs və ya şəxslər 10 min manat dəyərində qızıl-zinət əşyaları və 3200 manat nəğd pulu oğurlayıb.
 
Faktla bağlı araşdırmalar aparılır.
 





19.09.2013    çap et  çap et