525.Az

Lionel Messidən daha bir rekord


 

Lionel Messidən daha bir rekord<b style="color:red"></b>

"Barselona" klubunun hücumçusu Lionel Messi daha bir rekorda imza atıb.

Qol.Az-ın məlumatına görə, dünən Çempionlar Liqasında "Ayaks"la görüşdə 62-ci qolunu vuran argentinalı futbolçu turnirdə 4-cü het-trikini rəsmiləşdirib.

Bununla da, Messi Çempionlar Liqasında ən çox het-trik edən futbolçu kimi tarixə düşüb. "Fiorentina"nın hücumçusu Mario Qomez və "Milan"ın sabiq forvardı Filipo İnzagi isə 3 het-triklə ikinci-üçüncü pilləni bölüşürlər.

Qeyd edək ki, "Barselona"nın "Ayaks"a 4:0 hesabı ilə qalib gəldiyi görüşdə Messi het-triklə yadda qalmışdı.

 





19.09.2013    çap et  çap et