525.Az

Mədəni dəyərlərin mühafizəsi və təbliği üçün gənclər birgə səy göstərir


 

 Mədəni dəyərlərin mühafizəsi və təbliği üçün gənclər birgə səy göstərir<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə C kateqoriyası-“Mədəni dəyərlərin təbliğində gənclərin rolunun artırılması” istiqaməti üzrə “Azərbaycanda tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği: mövcud vəziyyətin  monitorinqi və qarşıda duran vəzifələr” adlı layihənin icrasına start verilib. Layihənin məqsədi mədəni irsimizə ictimai münasibəti araşdırmaq, mədəni irsimizin mühafizəsi və təbliği sahəsində görülən işləri stimullaşdırmaqdan ibarətdir. Layihədən əsasən gənclər və tələbələr faydalanacaqdır.

Layihə icrası zamanı Bakı  ətrafı ərazilərdə mədəni irsimizə ictimai münasibət araşdırılacaq, maarifləndirici seminarlar təşkil ediləcəkdir. Layihənin sonunda aparılan işlərin effektivliyini müəyyən etmək üçün qiymətləndirmə aparılacaq və iştirakçıların layihənin əhəmiyyəti ilə bağlı fikirləri öyrəniləcəkdir.

 





19.09.2013    çap et  çap et