525.Az

Batistao "Land of fire Azerbaijan" formasını niyə geyinmədi?


 

Batistao "Land of fire Azerbaijan" formasını niyə geyinmədi?<b style="color:red"></b>

"Atletiko" (Madrid) klubunun hücumçusu Leo Baptistao Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində "Zenit"lə görüşdə azərbaycanlı azarkeşləri təəccübləndirib.

Qol.Az-ın məlumatına görə, həmin görüşdə komandasının üçüncü qoluna imza atan braziliyalı futbolçunun meydana üzərində klubun sponsoru olan "Land of fire Azerbaijan" forması ilə çıxmadığı bəlli olub.

Bununla bağlı açıqlama verən futbolçu formanı dəyişik saldığını bildirib: "Tələsdiyim üçün həmin formanı götürmədim". Baptistaonun bu hərəkətindən rəhbərliyin də narazı qaldığı bildirilir. Klubun 21 yaşlı futbolçunu bu hərəkətinə görə cəzalandıracağı da istisna olunmur.

Qeyd edək ki, "Atletiko" - "Zenit" görüşü 3:1 hesabı ilə Madrid təmsilçisinin xeyrinə başa çatıb.

 





19.09.2013    çap et  çap et