525.Az

Avtomobil məktəblini vuraraq öldürüb


 

Avtomobil məktəblini vuraraq öldürüb<b style="color:red"></b>

Sentyabrın 18-də axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Qəza Bakı-Quba yolunun 73-cü km-də, Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində qeydə alınıb.
 
APA-nın şimal bürosunun məlumatına görə, Ağdam rayonu, Çəmənli kənd sakini, 1994-cü il təvəllüdlü Şəhriyar Cəlaloğlu idarə etdiyi “VAZ 21 044” markalı, 99 BS 414 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən Xızı rayonu, Giləzi qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məmmədov Rəsul Fazil oğlunu vurub.
 
Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
 
Qeyd edək ki, R. Məmmədovun 11-ci sinif şagirdi olub, qəza o, müəllim yanından qayıdan zaman baş verib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır

 





19.09.2013    çap et  çap et