525.Az

Arda Turan “Atletiko” ilə müqaviləni rəsmən yenilədi


 

Arda Turan “Atletiko” ilə müqaviləni rəsmən yenilədi<b style="color:red"></b>

"Atletiko"nun (Madrid) türk futbolçusu Arda Turan müqaviləni yeniləyib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2017-ci ilə qədər uzadılıb. Bununla da o, daha 4 il La Liqa təmsilçisinin şərəfini qoruyacaq.

Arda klubu ilə müqaviləni yenilədiyini üçün özünü xoşbəxt hiss etdiyini deyib: "Burada özümü bir ailənin üzvü kimi hiss edirəm. "Altetiko"dakı uğurlarımı davam etdirməyə çalışacam. Hər kəsə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, futbolçu 2011-di ildən Madrid klubunda forma geyir.

 





19.09.2013    çap et  çap et