Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda ilahiyyatçı-yazar Tural İrfanın "Kamikadze 1" sənədli romanının təqdimat mərasimi keçirilib.
Mərasimdə tanınmış ictimaiyyət nümayəndələri, ədəbiyyatsevərlər, jurnalistlər və başqaları iştirak ediblər.
Təqdimatda kitab haqqında ümumi məlumat verilib. Deyilib ki, "Kamikadze 1" sənədli romanında Sumqayıtda iğtişaş yaratmış Eduard (Edik) adlı erməni əslində kim idi və harada izi itirildi, Osmanlı və Səfəvi savaşlarının əsl gizli səbəbkarları kim idi, Şah İsmayılı ermənilər necə zəhərlədi, Nuhun gəmisinin Moskva muzeyində saxlanılan qalıqlarında nə yazılıb, ölünü dəfn edəndən sonra hansı dinin nümayəndələri ölünün qulağına nə deyirlər və sair kimi bir çox mövzulara aydınlıq gətirilib.
Tədbirdə çıxış edənlər kitabın müəllifi Tural İrfana uğurlar arzulayıb, kitab haqqında müsbət fikirlərini bildiriblər.
MEHRİ
çap et