525.Az

Beynalxalg Muğam Mərkəzində məşhur amerikalı yazıçı ilə görüş keçiriləcək


 

Beynalxalg Muğam Mərkəzində məşhur amerikalı yazıçı ilə görüş keçiriləcək<b style="color:red"></b>

Beynəlxalq Muğam Mərkəzində “Söz” ədəbi layihəsi çərçivəsində amerika şairi, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Delaver Universiteti Senatının prezidenti və professoru Aleksandr Səlimov (Aleksandr Azim oğlu Səlimov) ilə görüş keçiriləcək.

Mərkəzdən verilən məlumata görə, Aleksandr Səlimov “Çağırış və başqa şeirlər” (Desafío y Otros Poemas) şeir toplusuna görə Viktoriya Urbano ədəbiyyat mükafatına layiq görülüb. Şeir və məqalələri İspaniya, ABŞ, Kanada, Cənubi Koreya və Azərbaycanda dərc edilib.

Aprelin 6-da saat 15.00-da baş tutacaq tədbirdə rus, ingilis və ispan dili ilə yanaşı ilk dəfə Səlimovun Azərbaican dilində şerləri səslənəcək.

 





29.03.2019    çap et  çap et