"525-ci qəzet"in baş redaktoru, şair Rəşad Məcidin "Facebook" statuslarından seçmələr:
Votsapın səsli mesajı qədər rahat ünsiyyət yoxdur! Böyük kəşfdir! İstəsən dinlə, istəsən saxlayıb uyğun ovqatda qulaq as! İstəməsən də sil getsin!
***
Paxlava dadsız, molla savadsız olsa yaxşıdır! :)
***
Bayram həm də sevimli filmə təkrar və rahat baxmaqdır!
***
Tonqal haçan qalanmalıdır ki, tullananda arzular qəbul olsun?! :) Deyir, vaxtında tullanmayanda alınmır...
***
Təzə dost müşkül işdir! Yaşasın köhnə dostlar!
***
Gözəl qadınla ünsiyyət risklidir!
***
Niyə adam vəzifəyə gedən kimi yerişi, diksiyası, duruşu... dəyişir?! Özünü seçilmiş hesab edir?!
***
Qadın həbsxanasında gözəllik salonu...
***
Belə gözəl bulvarın ola, belə gözəl hava ola, sən də bir “525” alıb, çıxıb bulvarda oxumayasan! Heç insafdan deyil!
***
Elif Şəfəq yazır ki, qlamur məkanlarda özümü fil kimi hiss edirəm. Elə bil, xortumum bu dəqiqə nəyəsə toxunacaq və salıb sındıracaq!
***
“Bu qədər iş var, mənim işdən başım açılmır, bəs, bu camaat niyə işləmir” deyən adam işi bağlanandan, işdən çıxarılandan sonra depressiyaya düşüb gah şeir, gah roman yazır!
Ədəbiyyat depressiyaya düşənlərin, xiffət çəkənlərin son sığınacaq yeridir!
YAZININ TAM VERSİYASINI "525-ci QƏZET"İN ŞƏNBƏ SAYINDAN OXUYA BİLƏRSİNİZ
çap et